Cənubda daşqın: bir neçə kənddə sakinlər təxliyə olunub

Cənubda daşqın: bir neçə kənddə sakinlər təxliyə olunub

"Çaylarda suyun səviyyəsi atıb, bəzi fəsadlar yaranıb”

Cənub bölgəsinə yağan intensiv yağışlarla əlaqədar çaylarda və su kanallarında sululuğun artması ilə qısamüddətli sel və daşqın baş verib.

Nəticədə Masallı və Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlik Masallının Mollaoba, Təzə Alvadı, Bədəlan, Boradigah kəndlərindən, Cəlilabad şəhəri və rayonun Təzəkənd, Astanlı, Fərzili, Seyidbazar, Göytəpə, Porsava, Privolnoye kəndlərindən isə 146 nəfərin təhlükəsiz əraziyə təxliyə olunduğunu bildirib.

Privolnoye kənd sakinləri məlumatı Meydan TV-yə təsdiqləyiblər.

Kənd sakini Teymur Ağayev bildirib ki, çaylarda suyun səviyyəsi artıb, aramısız yağan yağış bəzi fəsadlar yaradıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az