Cəsur Sümərinli: “Hərbi sistemdə planlaşma şəffaf olmalıdır”-Müsahibə

Cəsur Sümərinli: “Hərbi sistemdə planlaşma şəffaf olmalıdır”-Müsahibə

Ötən il dünyada  hərbu sahəyə 1trilyon 738 milyard ABŞ dolları həcmində vəsait xərclənib. Bu barədə  mərkəzi İsveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitunun (SİPRİ) açıqladığı hesabatda bildirilib. İnsitutun hesablamalarına görə ABŞ və Qərbi Avropa da dövlətlərin üzləşdiyi maliyyə problemləri ilə əlaqədar olaraq hərbi xərclərini azaltmaları dünyada hərbi xərclərin artım tempini azaldıb. Ötən il ABŞ-n hərbi xərcləri 711 milyard dollar olub.Hərbi xərclərini sürətlə artıran Çin ötən il silahlanmaya 143, Rusiya isə 71,9 milyarda dollar vəsait xərcləyib. Avropa regionu üzrə ən böyük artım 89 faizlə Azərbaycanda olub. Azərbaycanın hərbi xərclərinin yüksək faizlə artmasının səbəbləri barədə doktorina “Hərbi Araşdırmalar Mərkəzi”-nin rəhbəri Cəsur Sümərinli  “Vətəninfo.”az müsahibə verib.

- Azərbaycanın hərbi xərclərinin yüksək artımı zərurətdənmi doğur yoxsa militarist dövlətə çevrilmək istəyindənmi qaynaqlanır?

- 1-ci əsas səbəb odur ki, Azərbaycanın iqtisadi gəlirləri artıb, dövlət büdcəsi genişlənib. Bu səbəbdən də Azərbaycan müvafiq olaraq öz hərbi gəlirlərini artırıb. 2-ci səbəb isə, Azərbaycan ərazilərinin işğal altında olması faktorudur. Buna görə də dövlət diqqəti silahlı qüvvələrin gücləndirilməsinə, ordunun yeni hərbi silah və texnika ilə təchiz olunmasına yönəldib. Dövlətin yürütdüyü bütün siyasət, ordunun gücləndirilməsinə və onun gözlənilən müharibədə qələbə əldə etməsi əzmində olması əsas prioritet kimi götürülüb. 3-cü səbəb orduda aparılan islahatlarla bağlıdır. Azərbaycan bildiyimiz kimi, NATO ilə əməkdaşlıq edir. 2005- ci ildən bu tərəfə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması prosesini sürətləndirilib. Bu həm qayda –qanunun, nizamnamələrin müasirləşdirilməsi, ştat üstü silahlarının NATO standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Silahlı Qüvvələrin istifadəsində olan silah və hərbi texnikanın bu standartlara uyğunlaşdırılır. Bu eyni zamanda Müdafiə Sənayesi Nazirliyini də inkişaf etdirir. Nazirliyin istehsal etdiyi hərbi texnikanın perspektivi baxımımdan NATO standartlarına uyğunlaşdırılması hədəf kimi göstərilib. Bu üç istiqamətə görə də Azərbaycan hərbi xərclərini artırır. Region ölkələri ilə müqayisədə isə Azərbaycanın hərbi xərclərinin artması kəskin fərqlə görünməkdədir. 1992-2005- ci -illər ərzində Azərbaycanın hərbi xərcləri çox aşağı idi. Təxminən 150 milyon dollardan 600-700 milyon dollar arasında dövr edib. Çox ciddi çatışmazlıqlar olub. Xeyli sayda kazarmalar, yaşayış yerləri, hərbi qulluqçuların istifadəsində olan obyektlər təmir olunmamış, pis vəziyyətdə idi. Amma 2005-ci ildən bu yana Azərbaycanın gəlirlərinin və müdafiə xərclərinin çoxalması imkan verir ki, xeyli sayda addımlar atsın.

- Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçməsi ilə bağlı alınan hərbi texnikalar bahalıdır. Bu da hərbi xərclərin artımına təsir edirmi?

- Elə texnikalar var ki, onların alınmasına ehtiyac yoxdur. Burda NATO standartlarından söhbət getmir. Məsələn, S-3 raket kompleksinin alınmasına ehtiyac yox idi. Çünki, bu Azərbaycanın təhlükəsizlik maraqlarına taktiki və strarteji baxışlarına müvafiq deyil. Qeyd edim ki, keçən il Rusiya iki S-3 raket kompleksi almışdı. Təxminən əldə olunan məlumata görə 400-500 milyon dollar xərclənib. Eyni zamanda alınmış texnikanın saxlanılması da kifayət qədər xərc tələb edir. Azərbaycanın hərbi xərclərinin əhəmiyyətli hissəsi uzaq gələcəyə planlaşdırılmamışdı. Mövcud günün reallığına cavab vermirdi. Biz həmişə bu məsələdə tənqidlərimizi səsləndiririk. Çünki, planlaşma şəffaf olmalıdır. Geniş ictimaiyyətə bəlli olmalıdır ki, Azərbaycan müəyyən silahları hansı məqsədlə alır. Bu qədər vəsaitin xərclənməsinə dəyərmi ya yox. Müşahidə sistemlərinin və rabitə avadanlıqlarının alınması, radar sistemlərinin qurulması, Hərbi Hava və Dəniz Qüvvələrində, Dövlət Sərhəd Xidmətində silah və texnika alınmasını müsbət dəyərləndirirəm. Amma sözsüz ki, Müdafiə Sənayesi sistemində bir çox ağır tipli texnikalar, artilleriya, qurğular və raketlər var ki, bunları hazırkı məqamda daha mobil və çevik silah sistemlərinə yönəltməlk olardı. Bu istiqamət Azərbaycanın müdafiə sisteminə fayda gətirərdi.

- Hücum tipli silahlardan daha çox müdafiə tipli silahların alınmasına üstünlük verilir…

- Fikrimcə “S-300” tipli silahlar eyni zamanda hücum tipli silahlardır. Deməzdim ki, alınan bütün silahlar müdafiə xarakterlidir. Azərbaycan, ərazilərinin işğal altında olması faktını nəzərə alaraq hücum tipli texnika da alır. Bu cür texnikaların alınması torpaqlarımızın azad olması istiqamətində irəliləyişdir.

Ramilə



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az