Consondan PKK açıqlaması: Türkiyənin nə etdiyi...

Consondan PKK açıqlaması: Türkiyənin nə etdiyi...

Türkiyənin 4 milyon qaçqına ev sahibliyi etməsi səbəbindən üz-üzə qaldığı təzyiqləri, PKK-dan gələn terror təhlükəsini qəbul edirik.

"Miq.Az" xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Boris Conson bildirib.

Londonda keçirilən NATO sammiti barədə danışan Conson qeyd edib:

"Suriyanın şimalındakı vəziyyətin mürəkkəbliyini müzakirə etdik. Türkiyənin Suriyanın şimalı ilə bağlı planları, nə etmək istədiyi və gələcəyi necə gördüyünü anlamağa çalışdıq. Hamımız NATO müttəfiqləri arasında anlaşılmazlıqdan qaçmaq istəyirik. Bu danışıqları davam etdirməyə qərar verdik".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az