DÇ-2018 Rusiyada keçirilməyəcək! - Şok proqnoz
Rusiya böyük ehtimalla 2018-ci ildə futbol üzrə dünya çempionatını təşkil etmək hüququndan məhrum olunacaq.
Publika.az xəbər verir ki, bu sözləri canlı yayımda məşhur astroloq Vlad Ross deyib.
O, fikrini belə əsaslandırıb: "Aydın görünür ki, dünya çempionatlarının təşkilatçılıq hüququ Rusiya və Qətərə "hədiyyə” olunub” Baxın, rusiyalı azarkeşlər Fransadakı Avropa çempionatında özlərini necə apardılar. Həmçinin Olimpiada ərəfəsində baş verənləri xatırlayaq. Yüngül atletlərin yarışdan kənarlaşdırılmasını deyirəm. Əgər DÇ-2018 Rusiyada baş tutsa belə, çoxu bura gəlməkdən imtina edə bilər”.
Bir neçə gün əvvəl DÇ-2018-in oyunlarını qəbul edəcək Sankt-Peterburqdakı stadiondan dəyəri təxminən 2 milyon avro olan elektron tablonun oğurlanması da Rusiyanın imicinə ciddi zərbə idi. Eyni zamanda avropalılar rusiyalı azarkeşlərin mundialda da xuliqanlıq edəcəyindən ehtiyatlanır.
Miq.az