Daha beş ölkə Rusiya əleyhinə sanksiyaların müddətini uzatdı

Daha beş ölkə Rusiya əleyhinə sanksiyaların müddətini uzatdı

AB-nın ardınca daha beş ölkə Rusiya əleyhinə sanksiyaların müddətini uzatdı

AB-nə üzvlüyə namizəd- beş ölkə habelə Ukrayna Rusiya əleyhinə sanksiyaların daha altı ay üzadılması barədə qərara gəlib. Avropa Birliyi diplomatiyasının başçısı Federika Moqerini bildirib ki, əvvəllərdə  Ukrainada vəziyyətə görə tətbiq olunan AŞ-nin sanksiyalarının vaxtı uzadılıb.

Miq.az xəbər verir ki, AB Şurasının  rəsmi saytında yayılan Moqerinin bəyanatında AŞ-nın qərarına Albaniya, Lixtenşteyn, Norveç, Ukraina və Çernoqoriyanın qoşulmasından danışılır. Onun sözlərinə görə bu addımı Brüsseldə alqışlayıb.

Moqerini xatırladıb ki, Ukrainadakı vəziyyətə görə tətbiq olunan antirusiya sanksiyaları 15 sentyabr tarixindən 15 mart 2017-ci il tarixinədək uzadılıb. RBK nəşri yazır ki, Şuranın bu qərarı AB üzvlüyünə namizəd ölkələr " onları milli siyasətinə uyğun olaraq təmin edir”-deyə o, qeyd edib.

Xatırladaq ki, "Avropa Birliyinin qara siyahısı”na  146 şəxs, habelə 37 təşkilat daxil edilib.Siyahıda olanların Avropa birliyi ərazisinə girişi qadağan edilmiş, fəaliyyətləri dondurulub. Rusiya məmur  və təşkilatlarına qarşı sanksiyalar 2014-cü ildən tətbiq edilir.

Avropa Birliyi əvvəldə Rusiyaya qarşı sanksiyaları 2016-cı ilin martına qədər uzadıb. Sonuncu dəfə onlar bu tarixi iyuldan 31 yanvar 2017- ci ilə qədər artırıb.

22 sentyabrda ABŞ-ın  vitse-prezidenti Cozef Bayden xatırladıb ki, iqtisadi və siyasi islahatlarda Ukraina hakimiyyətinin  verdiyi  vədlərin yerinə yetirilməsi zəruridir. Onun sözlərinə görə əks təqdirdə AB antirusiya sanksiyalarından  imtina edə bilər.

Əlavə edək ki, hələki AB ölkələrində hər hansı biri Suriyadakı vəziyyətlə bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı çıxış etməyib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az