İsti yay günləri şou-nümayəndələrinin sosial şəbəkələrdə paylaşdığı fotolarda öz əksini tapır.
1Xəbər.com-un məlumatına görə, Nura Suridən sonra daha bir ifaçı bikinili fotosu ilə diqqətləri öz üzərinə yönəldib.
Gənc müğənni Səbinə Əsgərova deyəsən, soyunma xəbərləri ilə populyarlaşmaq istəyir. Cəmi 2 ildir sənətdə olmasına baxmayaraq məşhurlaşmaq üzrə olan ifaçı bikinili fotosunu sosial şəbəkədə paylaşıb. Arxadan çəkilən foto izləyicilər tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, Səbinə Əsgərova sözləri Ülviyyə Alovluya, musiqisi Elvin Musayevə aid "Sevgilənmişəm" mahnısı ilə sevilib: