Dağıdıcı zəlzələ proqnozlaşdırılır -Azərbaycanla sərhəddə

Dağıdıcı zəlzələ proqnozlaşdırılır -Azərbaycanla sərhəddə

Yerli hakimiyyətin zəif tikililəri gücləndirmək üçün vaxtı var.

Dağıstanda 2106 və ya 2017-ci ildə 6,6 maqnitudalı dağıdıcı zəlzələ proqnozlaşdırılır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevqeni Roqojin bildirib.

"Şərqi Qafqaz üzrə proqnoz var. Bu Dağıstanın Azərbaycanla sərhəddə olan rayonudur - burada ya bu il, ya da gələn il güclü zəlzələ baş verə bilər. Biz 6-6,5 maqnitudalı zəlzələ proqnozladırırıq, bu təxminən 7-8 bal deməkdir”, - Roqojin deyib.

O, əlavə edib ki, Rusiya FHN-i artıq məlumatlandırılıb, yerli hakimiyyətin isə zəif tikililəri gücləndirmək və zəlzələyə davamlılığı artırmaq üçün vaxtı var.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az