Dağıstanda dini hücrəyə əməliyyat: Omarov həbs edildi

Dağıstanda dini hücrəyə əməliyyat: Omarov həbs edildi

Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Dağıstanda radikal hücrənin rəhbəri və 4 üzvünə qarşı əməliyyat keçiriblər.

Axar.az xəbər verir ki, əməliyyatda sözügedən şəxslər saxlanılıb.

Bildirilir ki, 2013-cü ildə Baqavudin Omarov "Ət-Takfir vəl-Hicrə” adlı ektremist qruplaşmanın hücrəsini yaradıb.

"O, əhali arasında Rusiya və ölkə konstitusiya əleyhinə təbliğat aparıb. Həmçinin insanları hücrəyə dəvət etmə, onların dini baxışlarına təsir göstərmə, digər dinlərin nümayəndələrinə qarşı nifrət aşılamaq kimi fəaliyyətlərə başçılıq edib”, - deyə məlumatda bildirilib.

Əməliyyat zamanı hücrəyə aid xeyli dini ədəbiyyat da müsadirə edilib.

Omarova qarşı radikal dini fəaliyyətin təşkili ilə bağlı cinayət işi qaldırılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az