Dağıstanın başçısı Azərbaycana gələcək

Dağıstanın başçısı Azərbaycana gələcək

Dağıstanın başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev yaxın zamanda Azərbaycana səfər etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə V.Vasilyev Rusiya prezidentinin Mərkəzi Manejdə keçirilən Federal Məclisə göndərdiyi məktubdan sonra bildirib.

"Tezliklə Azərbaycana gedəcəyəm, orada danışarıq", - V.Vasilyev vurğulayıb.

Qeyd edək ki, V.Vasiliev 2017-ci il oktyabrın 3-də Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub. Buna qədər bu postu Ramazan Abdulatipov tutub.

Bu, V.Vasilyevin Dağıstanın müvəqqəti başçısı postunda Azərbaycana ilk rəsmi səfəri olacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az