Səftər Rəhimli: “Sabir Rüstəmxanlı və Əjdər Tağızadə DAK adından danışa bilməz”
“Vətəninfo.az”a Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimlinin adından daxil olan məlumatda deyilir ki, 19.07. 2011 ci ildə DAK idarə heyyətinin qərarıilə Sabir Rustəmxanlı və Əjdər Tağızadə təşkilatda buraxdıqları bir çox neqativ hərəkətlərə görə, S.Rüstəmxanlı həmsədirlikdən, Ə.Tağızadə isə Daimi Şuranın sədirliyindən azad ediliblər. S.Rəhimlinin göndərdiyi məktubda o da qeyd olunur ki, qeyd edilən toplantıda S.Rüstəmxanlı və Ə.Tağızadəyə DAK İH-ti adından töhmət elan olunub: “Yənin DAK-ın İH-nin keçirdiyi həmin toplantıda alınan qərardan sonra, uzun zamandır parçalanmış şəkildə fəaliyyət göstərən DAK-ın birlik qurultayına getməsi ilə bağlı qərar qəbul olunub. 21.07.2011 ci ildə DAK-ın digər bölünmüş terefi İH-nin qerarı ilə birlik qurultayına gedilməsi ilə bağlı qərar qəbul olunub. Beləliklə DAK İH her iki qanaddı 7+7=14 olmaqla birlik qurultayına hazırlıq üzrə təşkilat komitəsi yaradıb. Digər 3-cü tərəf DAK-ın yaradılmasında böyük xidmətləri olan,amma DAK-ın parçalanmasından sonra heç bir tərəfdə təmsil olunmayan 6 il DAK-nə rəhbərlik edən, Dok.Cavad Derextinin başçılığı altında DAK-dan kənarda qalan əsas DAK üzvüləridə DAK-ın birlik qurultayına getməsini dəstəkləyib və 7nəfərdən ibarət təşkilat komitəsi yaradılıb.Beləliklə DAK-ın hər bir qanadının İH-nin qərarı ilə və DAK-ın parçalanmasından sonra kənarda qalan DAK üzvülərinin birgə 21 nəfərdən ibarət DAK Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.Hazırda dünyanın dördbir tərəfində fəaliyyət göstərən DAK üzvüləri birlik qurultayına getməklə bağlı bölgələrdə konfranslarını keçirərək qurultayda iştirak edəcək mandatlı şəxsləri müəyyənləşdirməkdədirlər”. S.Rəhimli bildirir ki, Qurultaya hazırlıq üzrə TK-si 28-29-30 apreldə Belçikanın paytaxtı Brusseldə DAK-ın birlik qurultayını keçirəcəkdir : “Bu günkü mətbuat konfransı ilə bağlı onu deyə bilərəm ki, nə S.Rüstəmxanlı, n də Ə.Tağızadənin DAK adından danışmaq səlahiyyətləri yoxdur. DAK -ın hər iki qanadından bütün səlahiyyətlər 21 nəfərdən ibarət TK-nə verilib.DAK-da tamamilə nüfuzunu itirən S.Rüstəmxanlı DAK-n birlik qurultayının keçirilməsindən qorxaraq tələsik birlik qurultayından öncə güya Ukraynada oda bir qurultay keçirmək istəyinə düşüb.S.Rüstəmxanlının yanında DAK-a aidiyyatı olan heç bir kəs yoxdur. Qohum-əqrabası və tanış-bilişlə öz çirkin əməllərini ört-basdır etmək istəyir.S.Rüstəmxanlının Azərbaycanın Quzeyindəki mənfi siyasi imicini həm dünya Azərbaycanlıları və xüsusəndə Güney Azərbaycan milli hərəkatı da çox yaxşı bilməkdədir.S.Rüstəmxanlının həyatında ilk dəfə təkrarlanan bir şey deyil.Hər kəs bilir ki, S.Rüstəmxanlı hər zaman fərqli mövqeylərdə dağıdıcı rolunu oynayıb.DAK birlik qurultayına gedir, dünya yeni bir mərhələnin içərisinə girməkdədir.Millətimizlə bağlı önəmli qərarların alınması üçün birlikdə millətini, vətənini,dövlətini sevən insanların qərar verməli zamanıdı və DA-ın birlik qurultayı o məqsədlərə xidmət edir. Bunun əleyhiə olanlar Tehran rejimi başda olmaqla dünyada mövcud olan irticanın yanında yer alıblar”.