“Dağlıq Qarabağ dərin iqtisadi böhran içərisindədir”

“Dağlıq Qarabağ dərin iqtisadi böhran içərisindədir”
"Dağlıq Qarabağ heç kim tərəfindən tanınmayıb və dərin iqtisadi böhran içərisindədir”.

APA-nın Ukraynanın "Novoe Vremya” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı politoloq Dmitriy Oreşkin Donbas və onun timsalında digər münaqişələrlə bağlı yazısında qeyd edib.

 "Azərbaycan hesab edir ki, Qarabağ onun ərazisi olub, indi elədir, gələcəkdə də olacaq. Eyni zamanda, Ermənistan qədim zamanlardan burda ermənilərin məskunlaşdığını iddia edərək erməni ərazisi olduğunu israr edir. Nəticədə isə region heç kim tərəfindən tanınmayıb və dərin iqtisadi böhran içərisindədir.  Lakin müharibə yoxdur-münaqişə dondurulub. Bu, Abxaziyaya da aiddir: Gürcüstan ayrılmağı dəstəkləmir və tanınmamış respublikanı mümkün blokadada saxlayır.  Rusiya onu rəsmən tanıyıb, lakin bununla sevinməyə dəyməz. Çünki Abxaziya Rusiya büdcəsindən asılıdır,”- deyə müəllif yazır.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az