”Dağlıq Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər”

”Dağlıq Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər”
"Türkiyə Rusiyanı Qafqazdan çıxarmaq üçün müharibəyə hazırlaşır. Türkiyə sadəcə Birləşmiş Ştatlardan zəmanət gözləyir. Hər şeydən əvvəl, bu həmlə boğazlarda və Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq məqsədi daşıyır. Bunun üçün Dağlıq Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər, hansı ki, artıq belə bir vəziyyət yetişib”.   Publika.az-a istinadən verilən xəbərdə deyilir ki, bu barədə "Foreign Affairs” nəşri məlumat yayıb.

"Foreign Affairs” əlavə edir ki, Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqını gücləndirəcək: "Bu ittifaq Rusiyanın tamamilə Qafqazdan çıxarılmasına, dolayısı ilə NATO-nun bölgəni təsir dairəsinə almasına səbəb ola bilər. Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların qaytarılması qarşılığında buna hazırdır. Xüsusilə prosesdə Türkiyə varsa, Bakı yox deməyəcək. Ermənistan əraziləri qaytarmaq istəməsə də, onlar iqtisadi yardım qarşılığında buna məcbur olacaqlar”.  

Nəşr Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın fevralın 18-nə planlaşdırılan Bakı səfərində bu və digər mühüm məsələlərin müzakirə ediləcəyini iddia edir.  

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az