Azərbaycan müstəqilliyini yenicə elan etdikdən sonra İran Azərbaycanın islam modelində qurulmasını istəyirdi və bunun üçün əlindən gələni edirdi.
Bu sözləri "Veteninfo.az"a Vaşinqtondan Güney Azərbaycan Sosial və Mədəniyyət Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Davud Turan Azərbaycandan getmiş bir qrup din alimlərinin ayətullah Nuri Həmədani görüşməsini şərh edərkən bildib.
“Amma bundan nəticə almayınca, bu, siyasətlərindən əl çəkdilər. Bundan sonra inqilabi gerçəkləşdirmək yerinə, özünə yaxın qrupları dəstəkləyərək istədikləri bir güc halına gətirib, onları şəraitə görə istifadə etmək siyasətinə üstünlük verilməyə başladılar. Bunu Fələstində, Livanda və İraqda görə bilərik.
Azərbaycanla bağlı olaraq onu deyim ki, burada İranın məsələyə baxışı ziddiyyət təşkil edir. Bir tərəfdən, həm Azərbaycanda islamçı və özünə yaxın qrupları dəstəkləyir. Başqa bir tərəfdən də, erməniləri dəstəkləyir. Mənə görə, İran Azərbaycanda islami inqilab gerçəkləşdirmək yerinə, burada özünə yaxın sosial güc formalaşdırmaq istəyir. Bunun da ən önəmli hədəfi isə Azərbaycan dövlətinə qarşı çıxış etmək və onun güclənməsinə mane olmaqdır.
Ötən əsrin 90-cı illərindən başlayaraq bu günümüzə qədər İran Azərbaycan dövlətinin güclü olmasını, öz dövlət maraqları üçün təhlükə olaraq görür” - deyə, politoloq qeyd etdi.
Elnur Eltürk
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ