Davudoğlu kolaisiya hökuməti üçün HDP rəhbərliyilə görüşdü
Prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən koalisiya hökuməti qurmaq üçün
görəvləndirilən Türkiyə baş nazir Əhməd Davudoğlu bu gün kürdlərin
təmsil olunduğu Xalqların Demokratik Partiyasının (HDP) başçıları
Səlahəddin Dəmirtaş və Figen Yüksekdağla görüşüb
Modern.az saytı "Anadolu
Agentliyi”nə istinadən xəbər verir ki, görüşdə Davudoğlunu baş nazir
müavini Yalçın Akdoğan, qida, əkinçilik və heyvandarlıq naziri Mehdi
Əkər, sabiq daxili işlər naziri Efkan Ala, millət vəkilləri Adnan
Boynukara və Zəhra Taşkesenlioğlu müşayiət edib.
Görüşün təfərrüatları hələ məlum deyil.
Bir müddət əvvəl isə Baş nazir Ə.Davudoğlu Cümhuriyyət Xalq
Partiyasınin lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat
Partiyasının lideri Dövlət Baxçalı ilə koalisiya hökumətinin yaradılması
barədə danışıqlar aparıb.
Vətəninfo.az