İnkişaf sürətinin bəlkə də pik həddinə çatdığı dünyamız getdikcə daha çox siyasi, iqtisadi, sosial, texnogen fəlakətlərin burulğanına sürüklənir.
Dünyanın sərvətlərinə hakim olmaq uğurunda qlobal güclər, nəhəng dövlətlər arasında gedən amansız müharibə, getdikcə bütün Yer kürəsini sarmaqdadır. Qütbləşmənin dərinləşdiyi və düşmənçiliyə çevrildiyi bir zamanda bütün münaqişə tərəfləri dünya ictimaiyyətini özünün haqlı olduğuna və rəqibinin şər yuvası, şər mənbəyi olduğuna inandırmağa çalışır. İnformasiya müharibəsi artıq son və ən kəskin şiddətində aparılır.
Qərb yarlmkürəsi üzərində tam nəzarəti ələ keçirmiş ABŞ elitası artıq Avrasiyaya ekspansiyasını genişləndirərək bu regionu da öz korporasiyalarının xammal mədənlərinə və toksik sənaye tullantıları zibilliyinə çevirmək isətyirlər. Avrasiyanın inkişaf etmiş dövlətlərinin amerikan ekspansiyasına müqavimət göstərməsi isə geosiyasi qarşıdurmanın körüklənməsinin əsas səbəbi kimi qiymətləndirilə bilər. Yer kürəsinin büytün faydalı qazıntı ehtiyatlarının 80%-dən çoxunun yerləşdiyi Avrasiya coğrafiyası, hazırda Qərb oliqarxiyasının əsas hədəfindədir və materikin əksər bölgələri artıq müharibə alovuna qərq olmuşdur. Prosses isə tam sürəti ilə davam etməkdə, konfliktlər yeni ərazilərə, dövlətlərə sıçramaqdadır.
Konfliktlərin və xaos vəziyyətinin idarə edilməsi üçün yeni texnologiyalardan, qlobal internet şəbəkəsinin imkanlarından aktiv yararlanan Qərbin hakim dairələrinin marağına xidmət edən mərkəzlər, ram etmək istədikləri Avrasiya ölkələriunə, onların rəhbərlərinə qarşı amansız informasiya müharibələrini davam etdirməkdədirlər. Başda Çin və Rusiya olmaqla, Avrasiyanın Qərb imperializminin boyunduruğuna girmək istəməyən digər ölkələrinə qarşı aparılan qarayaxma, şantaj və böhtan kampaniyası, getdikcə Avropa və Amerikanın hakim dairələrinin həddindən artıq azğınlaşdığını göstərir. Əsassız, sübutsuz və faktlar olmadan dünyanın "özünə sərf etməyən" ölkələrini "antidemokratik", "insan hüquqlarının pozulduğu", "anarxiyanın hökm sürdüyü", "özbaşınalığın pataloji həddə çatdığı" ölkələr kimi qələmə verən Qərb mediası bu ölkələri dünya ictimaiyyətinin gözündən salmağa çalışır.
Bugünkü təhlili yazmağa bizi vadar edən əsəs məsələ isə məhz hamını "yararsız" siyahısına salan Qərbin özündə gedən bir neçə xırda prossesə diqqət çəkmək istəyi oldu. Xırda dövlətlərdən "demokratiya", "insan hüquqlarına hörmət", "milli və dini azlıqların hüquqlarına hörmətlə yanaşmaq” tələb edən ABŞ, son aylar sözün əsl mənasında, dağılmaq üzrədir. Bir-birinin ardınca baş verən kütləvi qətliamlar, polis özbaşınalığı nəticəsində yüzlərlə sadə vətəndaşın ölməsi, ölkənin əksər şəhərlərində xalqın küçələrə axışması və polislə toqquşmalara gətirib çıxardı. Əsasən qaradərili ABŞ vətəndaşlarını hədəfə alan hücumlar, onların nəticəsində ilin əvvəlindən bu yana yüzə yaxın insanın ölməsi, özünü "demokratiya beşiyi" sayan ölkədəki demokratiyanın əsl vəziyyətini gözlər önünə sərdi.
Qadın, uşaq, qoca demədən haqqını tələb edən, hakimiyyətdən təhlükəsizliyinin təmin olunmasını tələb edən nümayişçilərə qarşı dünyada misli görünməmiş qəddarlıqla divan tutan, insanların üzərinə xüsusi öyrədilmiş itləri salan ABŞ polisinın hərəkətləri isə insanların qanını dondurdu. Ölkənin Çarlstoun şəhərində qaradərili amerikalıların yığışdığı bir kilsəyə girərək oradakı 9 nəfəri xüsusi amansızlıqla qətlə yetirən faşist əqidəli cinayətkar öz əməli ilə bir daha ABŞ-ın bütün dünyaya "demokratiya dərsi" verməyə mənəvi haqqının olmadığını sübut etdi. Öz polisinin vəhşi davranışlarından sonra ABŞ-ın digər ölkələrin polisinə "qəddar", "həddini aşmış" adları verərək həmin ölkələrin rəhbərliyini "diktator" adlandırmağa heç bir mənəvi haqqı yoxdur.
Rəsmi statistikaya görə, yalnız 2015-ci ildə ABŞ-da 100-ə yaxın insan polis özbaşınalığı və zorakılığı nəticəsində dünyasını dəyişib. Buna elə "ABŞ polisi tərəfindən öldürülüb" desək, heç də yanılmarıq. Bütün səylərə baxmayaraq, ABŞ polisi yenə öz ampluasında xalqı əzməyə, hakim zümrəyə baş əyməyə məcbur etmək üçün bütün vasitələrdən istifadə etməkdə davam edir.
Bu yazını yazdığımız saatlarda ABŞ-dan növbəti atışma xəbəri yayıldı. Bu dəfə ölkənin Detroyt şəhərində qeydə alınan hadisə nəticəsində naməlum şəxsin küçədə insanları odlu silahdan atəşə tutduğu, bunun nəticəsində 1 nəfərin öldüyü və 16 nəfərin yaralandığı bildirildi. Bundan bir gün əvvəl isə həyat yoldaşından ayrılan və depressiyaya düşən digər bir "yüksək mədəniyyətli avropalı" Avstriyada öz maşını ilə dayanacaqda avtobus gözləyən insanları əzərək öldürdü. Məlumata görə, "yüksək mədəniyyətli və inkişaf etmiş" avropalının bilərəkdən törətdiyi cinayət nəticəsində biri azyaşlı uşaq olmaqla, 4 nəfər ölüb, 20-yə yaxın insan isə yaralanıb. İnsanları vəhşicəsinə əzdikdən sonra həmin "mədəni avropalı" maşından düşərək bıçaqla yaralılara hücum çəkib...
P.S. Ağlını itirmiş Avropanın, manyaklaşməş vəhşi Qərbin əsl mədəniyyət beşiyi, insanlığın vətəni, sivilizasiyanın bətni olan Şərqə "həyat dərsi" keçməsi bütün bunların fonunda çox gülünc görünür. Görünür, illərdir öz iştahlarının ardınca gedərək yalnız xalqları istismar edərək varlanmağa köklənmiş vəhşi qərblilər özlərini, öz cəmiyyətlərinin vəziyyətini tamam unudublar. Əgər bir neçə il də belə davam etsə, Qərb elitası bezmiş xalqın ayaqları altında özünə gələcək və onda da çox gec olacaq. Əgər Qərbi idarə edən qüvvələr bu aqibəti yaşamaq isəmirlərsə, onda onların öz xalqlarının problemləri ilə məşğul olmaları daha məqsədəuyğundur. Əks təqdirdə, mərmər göydələnlərinin uçqunları altında qalmaqdan onları heç nə xilas edə bilməyəcək. Bakuinfo.Az