Deputat: “Dövlət idarəçilliyində “müxalifət”ə xəbərdaşıyanlar varsa, ifşası gecikməyəcək”

Deputat: “Dövlət idarəçilliyində “müxalifət”ə xəbərdaşıyanlar varsa, ifşası gecikməyəcək”
"Ümumiyyətlə, xaricdə yaşayıb şəxsi maraqları naminə ölkədəki idarəçilliklə prinsip aparan şəxslərin olması adi haldır. Nəinki Azərbaycan hakimiyyətinə qarşı, dünyanın əksər idarəçilliklərinə qarşı xaricdən dəstək alan hakimiyyətdaxili və xarici qüvvələr hər zaman mövcud olub. Hətta bəzi dövlətlərdə bir çox müxalif qruplar hakimiyyətin bütün  qanadlarında geniş şəbəkəsini, başqa sözlə desək, piramidasını yaratmağı bacarıb. Bu tip qruplar  dövlətimizində idarəçilliyində yerləşməyə çalışıb, lakin hər dəfə niyyətlərinə nail olmadan ifşa ediliblər”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

 

"Onlar cəhd edirdilər ki, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək öz mövqelərini  gücləndirsinlər. Daha çox idarəçillikdən özləri üçün xəbərdaşıyan kölələrə ehtiyac duyurlar. Doğrudur, içəridən idarəçilliyi ələ keçirmək üçün xaricdə yerləşən, özünü "müxalifət” hesab edənlərə məlumat daşıyan şəxslər də olur, lakin bütün hallarda bu birlik ifşa olunur və cəzalarını çəkirlər. Hazırda da belə şəxslər dövlət idarəçilliyində varsa, ifşası gecikməyəcək”, - o bildirib. 

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az