Deputat məmurları hədələdi-həbsxanayla

Deputat məmurları hədələdi-həbsxanayla
General qohumunun adam döyməsi deputatı əsəbləşdirdi — "Arxayın olduqları qohumlarını vəzifədən qovmaq lazımdır"

"Prezident İlham Əliyev dəfələrlə məmurlara və məmur övladlarına xəbərdarlıq etsə də, bəzi məmur övladları qanun pozmaqda, qoçuluq etməkdə davam edir"

Dünən general-leytenant Məhərrəm Əliyevin və qardaşı deputat Adil Əliyevin yaxın qohumu İsa Əzizov və dostları yanacaqdoldurma stansiyasın işçisini döyüblər.

Hazırda yanacaqdoldurma stansiyasının işçisini döyən şəxslər Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlama şöbəsində saxlanılırlar.

Bu məsələ və digər məmur və məmur övladlarının etdiyi özbaşnalıqlar barədə millət vəkili Araz Əlizadə Ölkə.Az-a danışıb:

"Qanun hamı üçün qanundur. Qanunu heç kəsi pozmağa ixtiyarı yoxdur. İstəyir məmur olsun, istəyir fəhlə olsun, qanunu pozan insan həbsxanaya getməlidir.

Həmin adamların qohumları vəzifədədirsə elə onların arxayın olduqları qohumlarını vəzifədən qovmaq lazımdır, ya da həbsxanaya salmaq lazımdır. Onlara ən ağır cəza vəzifədən uzaqlaşdırmaq cəzasıdır. Onlar türməyə düşməyə razıdır, ancaq vəzifədən çıxmağa yox. Məmurlar isə təkcə özlərinə görə yox, həm də ətraflarına, qohumlarına görə cavabdehdirlər. Bunu prezident dəfələrlə səsləndirib. Digərlərinə göz dağı vermək üçün qanun pozanlar daha ağır cəzalandırılmalıdır".

Qeyd edək ki, bu kriminal hadisə genralın qohumu İsa Əzizovun adı ilə bağlı ikinci məsələdir. İsa Əzizov və dostları ötən il barda qızları döymüşdü.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az