Deputat yeni cərimə təklif edir - Ətin satışına qadağalar
Heyvanların kəsilməsi üçün yaş həddi müəyyənləşdirilsin
Körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur.
Miq.az apa-ya istinadla xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı artıb: "Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanlarının yetişdirilməsində maraqlıdır. Bu, düzgün seçimdir. Ancaq 7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir.
Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı.
Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər”.
****
Heyvanların kəsilməsi üçün yaş həddi müəyyənləşdirilsin
Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi lazımdır.
Bunu deputat, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev hökumətin hesabatının müzakirəsi zamanı deyib.
O, hesabatdan sitat gətirərək bildirib ki, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb.
"Bunun da qarşısını almaq vacibdir. Ona görə də sözügedən yöndə müvafiq addımlar atmalıyıq. Həmçinin yaş həddinin müəyyən olunması işbazların qarşısını alacaq. Bundan başqa, əti yeyilə bilən heyvanların siyahısı hazırlanmalıdır. Bəzən işbazlar mənşəyi məlum olmayan ətləri vətəndaşlara satırlar".
Komitə sədri konkret təkliflərlə də çıxış edib:
"7-8 kiloqramlıq quzuların, buzovların kütləvi kəsimi və satışı heyvandarlığın inkişafına maneədir. Bazarda ətin qiymətinin artmasına səbəb olur. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər".