Deputatdan qazın limitinin artırılmasına reaksiya – “Qaneedici deyil”

Deputatdan qazın limitinin artırılmasına reaksiya – “Qaneedici deyil”


"Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı. Bu hər bir halda irəliyə doğru bir addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil”.

Bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədəki hesabında yazıb.

Deputat bildirib ki, Milli Məclisdə onun təklifi limitin iki dəfə artırılması haqda olub: "Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı. Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır.

Hər bir halda bundan sonra da məsələ diqqətimizdə olacaq, elektrik enerjisinin istehlakı ilə də bağlı vətəndaşın durumunu yüngülləşdirici addımlara ehtiyac var. Ümid edirəm ki, yaxın günlərdə bu məsələdə də bir irəliləyiş olacaqdır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az