Deputatdan sensassion iddia: “Xəzərdəki hadisə təxribat ola bilər”

Deputatdan sensassion iddia: “Xəzərdəki hadisə təxribat ola bilər”
"Xəzər dənizində baş vermiş faciə qonşu dövlətlərdən birinin etdiyi təxribat da ola bilər”. 

Cebhe.info xəbər verir ki, Milli Məclisin iclasında çıxış edən millət vəkili Qüdrət Həsənquliyev belə deyib. "Ötən gün Xəzər dənizində bizim neftçilər itkin düşdü. Bu, bir il ərzində ikinci hadisədir. Biz qonşu dövlətlərlə əhatə olunmuşuq. Onların bəziləri Azərbaycanın müstəqil siyasəti ilə razı deyillər. Bu baxımdan müəyyən təxribatlar da ola bilər. Ola bilər ki, ayrı-ayrı dövlətlər tərəfindən estakadalar zədələnsin və onların aşması üçün şərait yaradılsın”, - deyə Q.Həsənquliyev deyib. 

Millət vəkilinin sözlərinə görə, faciəyə görə məsuliyyət daşıyan insanlar tapılıb müəyyənləşdirilməlidir: "Əgər xarici təxribat varsa, bu da aşkar olunmalıdır. Parlamentin adından Baş Prokurorluğa xüsusi müraciət etməliyik ki, belə halların baş verməməsi üçün tədbirlər görülsün. Parlament də bu məsələdə öz sözünü deməlidir”. 

Millət vəkilinə cavab verən spiker Oqtay Əsədov deyib ki, məsələnin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb: "Həmin komissiya bu məsələ üzərində işləməlidir, nə baş verdiyi məlum olmalıdır. Heç bir şey bilinmədən Milli Məclis nə qəbul edə bilər?” 
 
miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az