Deputatların sayı azaldılsın! - TƏKLİF

Deputatların sayı azaldılsın! - TƏKLİF
"Deputatların sayı barədə müzakirələrə qoşularaq təklif edirəm ki, onların sayı heç olmasa 25-dək (15-dək də olar) endirilsin”.

Bu təkliflə tanınmış hüquqşünas Əkrəm Həsənov çıxış edib.

O bildirib ki, deputatların sayını azaltmaqla xeyli dövlət vəsaitinə qənaət etmək olar:

"Bununla həm dövlət büdcəsi (maaş, ezamiyyə və s.), həm də Dövlət Sosial Müdafiə Fondu (pensiyalar) xeyli qənaət etmiş olar. Az sayda deputatıara o boyda bina da lazım olmayacaq. Onlara, məsələn, "Port Baku”da bir mərtəbə ayırmaq olar, icarə hüququ ilə. İndiki binadan isə daha səmərəli istifadə etmək olar”.

Hüquqşünas hazırkı parlament binası ilə bağlı iki təklif də irəli sürüb:

"İdealist təklifim: oranı parlamentarizm muzeyi etmək olar. Materialist təklifim: yerində çoxmərtəbəli yaşayış binası və ticarət mərkəzi tikmək olar...”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az