Dərbənddə Nizaminin heykəlini bu hala saldılar - FOTO

Dərbənddə Nizaminin heykəlini bu hala saldılar - FOTO

Dərbənddəki Nizami Gəncəvi adına park bərbad vəziyyətə salınıb.

Miq.az baku.ws-ə istinadən bildirir ki, parkdakı yaşıllıqlar məhv edilib, skamyalar, yerə döşənən plitələr sındırılıb. Parkın niyə bu vəziyyətə salınması isə sakinlərə izah edilmir.

Qeyd edək ki, parkın vəziyyəti ilə bağlı hələ bir müddət öncə məlumatlar çıxmışdı. Yazıda parkda yerləşən heykəlin bir əlinin barmaqları sındırıldığı, heykəlin digər hissəsinə də dəmir parçaları ilə zərbələr endirildiyi bildirilirdi.
 
Bir zamanlar heykəlin təmir olunması, kompleksin bərpa edilməsi üçün Dərbənddə yaşayan azərbaycanlılar vəsait toplayıb, mütəxəssis tapıb, heykəli və kompleksi qaydaya salmaq niyyətindəydilər.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az