Dini mərkəzə silahlı hücum: ölənlər və yaralananlar var

Dini mərkəzə silahlı hücum: ölənlər və yaralananlar var

İranın Dizful şəhərində yas mərasimi keçirilən şiə dini mərkəzinə silahlı hücum olub. Nəticədə iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb,

Vətəninfo.az Oxu.az-a istinadla bildirir ki, bu barədə "Frans press" agentliyi məlumat yayıb.

"Naməlum şəxslər toplaşanlara atəş açıblar, iki nəfər həlak olub, daha iki nəfər yaralanıb”, - agentlik Rahman Moussavinin sözlərindən sitat gətirib.

Daha öncə Səudiyyə Ərəbistanının şərqində Sayhat şəhərində naməlum şəxslər tərəfindən şiə müsəlmanların yığıncaqlar etdiyi dini mərkəzin yaxınlığında açılan atəş zamanı beş nəfərin öldüyü bildirilmişdi. Səudiyyə Ərəbistanının silahlı qüvvələri hücum edənləri məhv ediblər. Asayiş keşikçiləri hücumda iştirak edən iki nəfəri saxlayıblar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az