“Diqlas”ın söküntüsü başa çatıb

“Diqlas”ın söküntüsü başa çatıb
"Diqlas” ticarət mərkəzinin söküntüsü başa çatıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nümayəndəsi Seymur Kərimov məlumat verib. O bildirib ki, söküntü işləri artıq yekunlaşıb və tikinti qalıqlarından təmizlənmiş ərazi avqustun 30-u adiyyatı orqanlara təhvil veriləcək.
Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli "Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib.
Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az