"ESET” beynəlxalq antivirus şirkəti “WhatsApp” messenceri üçün populyar əlavə adı ilə mobil troyanın yayılması barədə xəbərdarlıq edib. Zərərli proqram “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğulara qarşı yönəlib.
Vətəninfo.az Modern.az-a istinadla xəbər evrir ki, troyan 2015-ci ilin əvvəlindən aktivləşməyə başlayıb. Cinayətkarlar onu “WhatsApp” adı altında gizlədərək qeyri-rəsmi mobil əlavələr mağazaları vasitəsilə yayırlar.
Proses bu şəkildə gedir: saxta "WhatsApp” ilə ilk “apk” fayl yükləndikdən sonra zərərli proqram istifadəçiyə əlavədən istifadəyə görə ödəniş etməyi təklif edir. Ödəniş başa çatdıqdan sonra əlavə paketlərin olduğu ikinci “apk” yüklənməyə başlayır. Sonra troyan əməliyyat sistemində quraşdırılmaya keçərək inzibatçının hüquqlarını, o cümlədən SMS-bildirişin göndərilməsi üçün icazəni istəyir.
Virus istifadəçinin mobil hesabını boşaldaraq ödənişli nömrələrə qeyri-qanuni SMS-bildirişlər göndərir. Bundan başqa, zərərli proqram müstəqil şəkildə zənglər edə və uzaq məsafədə yerləşən serverə qurğu və sistem haqqında məlumatlar göndərə bilir.
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb