Diyarbəkirdə partlayış baş verib, 1 uşaq ölüb, 3-ü xəsarət alıb

Diyarbəkirdə partlayış baş verib, 1 uşaq ölüb, 3-ü xəsarət alıb
Diyarbəkirin Silvan rayonunda uşaqların tapdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 uşaq ölüb, 3 uşaq yaralanıb.

Hadisə nəticəsində ölən 9 yaşlı Həsən Yılmazdır. Məlumata əsasən, məhəllədə oynayan uşaqlar bombanı PKK terrorçularının qazdıqları xəndəkdən tapıblar.

 Partlayış nəticəsində xəsarət alan 5 yaşlı Məzlum Yılmaz, 10 yaşlı Ümid Yılmaz və onun qardaşı, 6 yaşlı Mərd Yılmaz isə xəstəxanaya yerləşdiriliblər. 

APA



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az