DMX-da Firudin Nəbiyevin məmurlara-JESTİ

DMX-da Firudin Nəbiyevin məmurlara-JESTİ

Dövlət Miqrasiya Xidmətində çalışan yüksək vəzifəli şəxslərin qohumları kimlərdi?

Azərbaycanda məmurların bir-birinə vəzifə “pası” ötürdükləri heç kəsdə sirr deyil. Elə  Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevdə bu “pas”laşmadan yararlanaraq qohum-əqrabası daxil olmaqla müxtəlif məmurların yaxınlarını  əl üstündə tutur. Əgər belə olmasaydı DMX-nin müxtəlif vəzifələri bu qohum-əqrabaya, müxtəlif məmurların qohumlarına həvalə etməzdi.


Vətəninfo.az-a adını açıqlamayan mənbədən DMX-nin rəisi Firudin Nəbiyevin jestləri əsasında çalışan, qohumları, yüksək vəzifəli şəxslərin yaxınlarının ümumi siyahısı  təqdim edilib ki, bu siyahıya baxanda doğurdan da Anadolu türkələri demiş “ dövlətin malı dəniz,yeməyən kəniz”  misalı yada düşür. Misal üçün Lənkəran Regional Miqrasiya idarəsinin rəisi- Səmədağa Abdullayev- DSX-nin rəisi Elçin Quliyevin baş köməkçisi general-mayor Cavid Abdullayevin qardaşıdı.

Şəki Regional Miqrasiya İdarəsinin rəisi- İlqar Mehdiyev-DSX-nin rəis müavini general-mayor İlham Mehdiyevin qardaşıdı. DMX-İdarə rəisi- 1987-ci il təvəllüdlü, mayor Elfan Quliyev- Elçin Quliyevin bir əmisinin oğlu, DMX-Şöbə rəisi- mayor Nizami Quliyev isə  Elçin Quliyevin digər əmisinin oğludu.

DMX-Şöbə rəisi- polkovnik- leytenant Namiq Cəfərov- Elçin Quliyevin qardaşı Akif Quliyevin qaynı, DMX-Baş inspektor-kapitan Rəşad Quliyev-Elçin Quliyevin əmisi nəvəsidir. DMX-İdarə rəisinin müavini-İqbal Babayev- Naxçıvanın müdafiə naziri Kərəm Mustafayevin qaynı, DMX-nin aparat rəhbəri- Elmar Məmmədov-Elçin Quliyevin xalası oğludu.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovda DMX-də qohum-əqrabasına gün ağlayanlardandı. Belə ki, DMX-Şöbə rəisi-Emin Həsənov- Əmlak komitəsinin sədri Kərəm Həsənovun əmisi oğludu.DMX-Maliyyə bölməsinin rəisi-Ayaz Babayev- Azəryolservis ASC-nin şefi Cavid Qurbanovun baldızıoğlu,DMX-Baş inspektor-Gəray Nuriyev- DSX-nin müavini Azad Ələkbərovun kürəkəni,DMX-Şöbə rəisi- Mehman Səfərov- DMX-da baş idarə rəisi Rövşən Səfərovun qardaşı,DMX-Baş idarə rəisi- Elxan Vəliyev-Hərbi prokuror Xanlar Vəliyevin qardaşı oğlu,DMX rəisinin müavini-General mayor Pərviz Musayev- Elçin Quliyevin dayısı,DMX-Şöbə rəisi-Orxan Kazımov- Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rəisi Arzu Rəhimovun bacısı oğlu.

DMX-Baş inspektor-Fuad Sadıqov-DSX-nin 1-ci müavini Rəşad Sadıqovun qardaşı,DMX-Baş inspektor-Maqsud Bədəlli- Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bacısı oğlu,DMX- Baş inspektor-Ayla Şirinzadə- DSX-nin generalı Feyruz Şirinzadənin qızı, DMX-Bölmə rəisi- Şəhriyar Tariyev - Firudin Nəbiyevin əmisi oğlu, DMX-Baş inspektor-Babək Hüseynov-Ailə, Qadın, Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynovanın qardaşı oğlu, DMX-Baş inspektor-Emil Abuzərli- Nərimanov rayonu MTN-nin rəisi Natiq Abuzərlinin oğlu, DMX-İdarə rəisi-Cəmil Hüseynov-Xüsusi Dövlət Mühafizə xidmətinin yüksək vəzifəli şəxsi Elman Hüseynovun qardaşı oğlu, DMX-Emil Hüseynov- XDMX-nin vəzifəli şəxsi Elman Hüseynovun oğlu, DMX-Baş idarə rəisi-Rövşən Səfərov- Firudin Nəbiyevin qohumu, DMX-Şöbə rəisi-Şəfəq Tağıyeva- DSX-nin Generalı Rəsul Tağıyevin bacısı.

Redaksiyamıza adını açıqlamayan mənbənin sızdırdığı bu məlumatda Firudin Nəbiyevin biznesmen doslarının oluğuda iddia edilməkdədir. Məlumatda iddia edilir ki, bu siyahını Firudin Nəbiyevin biznesmen dostlarının övladları ilə daha da uzatmaq olar.

İddiaya görə, buna baxmayaraq Firudin Nəbiyev özü də biznesmendir. Belə ki, bir çox kafe və restoranlara sahib olmaqla kifayətlənməyərək, Bakı şəhərində fəaliyyət göstərən Türk saç ustalarının işlədiyi gözəllik salonlarına sahibdi.

İddaya görə, DMX generalının obyektləri aşağıdakılardır:

1- “FASHİON Klub” Qadın gözəllik salonu- Bakı şəhəri, Teymur Əliyev küçəsi

2- Fermer təssərrüfatı-500 hektar ərazidə- Xaçmaz rayonu, Xudat şəhərində

3- Kafe, Restoran, Ərzaq mağazaları, Pullu avtodayanacaq-Yalama keçid məntəqəsinin qarşısında

4- Novxanıda, dəniz kənarında Restoran

5- Nabranda “Orxan” istirahət mərkəzi

6- “ATA Market”- Binəqədi qəsəbəsində

7- “Elay” şadlıq evi-Bayıl qəsəbəsində, DMX idarə rəisi İntiqam Məmmədovla şərikli

8- Masazır qəsəbəsindəYeni tikili binalar

9- Yanacaq doldurma məntəqəsi- Bakı-Rusiya magistiral yolunda

10- Hotel- Bakı şəhəri, Teymur Əliyev küçəsində

Bütün bunlar hələlik ilk onluğa düşən obyektlərdir.Firudin Nəbiyevin  Şəxsi avtomobillər kolleksiyasının da çeşidi ilə bağlı iddada isə qeyd edilir ki, DMX-nin rəisi  Mersedes Qalen Wagen-nomrə nişanı-002,Mersedes S Klass- nömrə nişanı-002,Range Rover Discovery-nömrə nişanı-011,Lexus-nömrə nişanı-009. Maraqlısı budur ki. əgər bu iddialar doğurdan da həqiqətdirsə. O zaman cənab Firudin Nəbiyev oturduğu kresloda sadəcə olaraq külək əsdirməyib, əksinə fırtınalar qoparıb. Bəs görəsən bu qədər əmlaka.varidata sahib DMX rəisi DMX-da yığılan pulları doğru-dürüs dövlətin büdcəsinə transfer edə bilibmi?

Sızdırılan məlumatda iddia edilir ki, Miqrasiya xidmətinə müraciət edən hər bir əcnəbiyə 3 manat gözü ilə baxılır.

Belə ki, adını açıqlamayan mənbə tərəfindən redaksiyamıza sızdırılan məlumatda  iddia edilir ki, miqrasiya xidmətinin regional idarələrində (Xaçmaz,Şirvan,Ağsu,Yevlax,Gəncə,Bakı) Xidmət rəhbərliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan formada təyin olunmuş şəxslər onlar üçün ayrılmış xüsusi otaqlarda əcnəbilərin olduğu yer üzrə qeydiyyatına dair sənədlərin qəbulunu əcnəbilərdən 3-manat almaq müqabilində həyata keçirirlər. Xidmətin əməkdaşlarına belə icazə verilmir ki, həmin qanunsuz işləyən pulyığanların icazəsi olmadan əcnəbilərin sənədlərini qəbul etsinlər. Səlahiyyətli və rütbəli əməkdaşlar isə bu pulyığanların qəbul etdiyi və təqdim etdiyi sənədləri sistemə vurmaqla məşğuldurlar. Lənkaran regional idarədə isə bu pulyığma prosesini şəxsən idarə rəisi S.Abdullayev özü həyata keçirir (Qardaşı general C.Abdullayevə görə).

Məlumatda iddia edilir ki, gün ərzində Miqrasiya Xidmətinə daxil olan 2000-3000 müraciət hər biri 3 manatdan il ərzində kfayət qədər xeyli qanunsuz yığılmış vəsait edir.Lakin televiziya və digər kütləvi informasiya vasitələrində isə DMX tərəfində olduğu yer üzrə qeydiyyatdan heç bir dövlət rüsumu tələb olunmadığı vurğulandığı halda Firudin Nəbiyevin qeyri-qanuni yerləşdirdiyi səlahiyyətli qurum “pul yığma” siyasətini həyata keçirir.

Firudin Nəbiyev tərəfindən bu cür qanunsuz işlərin Ölkəmizin bütün bölgərində həyata keçirdiyini araşdırmaqda səlahiyyətli olan orqanların görəsən bu əməllərdən xəbəri yoxdur mu?

Adını açıqlamayan mənbənin Firudin Nəbiyevin DMX-nə rəis təyinatından sonar, əslən  Naxçıvandan olan şəxslərə qarşı “Səlib yürüşü” belə həyata keçirdiyi ilə bağlı geniş məlumatı  yaxın günlərdə də təqdim edəcəyik. Bizi izləyin

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az