Dronun səsi Paşinyanı vəhşi qorxu və dəhşətə qərq edib... - SENSASİON İDDİA
Rusiyalı media maqnatı Aram Qabielyanov, Paşinyanın şəxsi mühafizəçilərindəki mənbəyinə istinadən Ermənistan baş naziri ictimaiyyətə açıqlanmaqdan qorxduğu bir hadisəni nəql edib.
2020-ci ilin oktyabrında Paşinyan böyük ali baş komandan kimi özünü göstərməyə qərar verib. Sünikdə dövlət qurumlarından birində böyük bir görüş təşkil edib. Pafosla danışmağa və Sünikin müdafiəsini necə təşkil edilməsini öyrətməyə başlayıb. Hər şey həmişəki kimi olub - çox axmaq duyğular və ozü ilə öyünmək, lakin birdən göydə iyrənc bir dron səsi eşidilib. Və bir vaxtlar Mixail Saakaşvili kimi Nikolu da vəhşi qorxu və dəhşət bürüyüb.
Paşinyan bağırıb ki, zirzəmi haradadır? Yol boyu kişiləri və qadınları itələyərək özünü bomba sığınacağına atıb. Mühafizəçilər onunla çətinliklə ayaqlaşıblar. Nikol bomba sığınacağının küncündə bir siçan kimi qısılıb və təkrarladı - xilas edin, kömək edin. Mühafizəçilər ona ikrahla və utancla baxırdılar. 5 dəqiqədən sonra dronun səsi itib, amma Nikol mühafizəçilərə qışqırıb ki, aviasiya çağırın, səmanı yoxlasınlar. Yalnız bir saat yarım sonra qorxudan islanan Nikolu zirzəmidən çıxarılıb, maşına mindirilib, güllə keçirməyən jiletlərlə əhatə edilib İrəvana aparılıb.
Miq.Az