DTX-nin emblemi təsdiq edilib

DTX-nin emblemi təsdiq edilib
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman verib.

Fərman ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəsmi embleminin təsvirində dəyişikliklər edilməklə Dövlət Təhlükəsizlik Xidmətinin emblemi kimi təsdiq edilməsini nəzərdə tutur.

Başqa sözlə, MTN-in embleminin adında, birinci hissəsində və emblemin şəklinin adında, emblemin ikinci hissəsinin birinci cümləsində "Milli Təhlükəsizlik Nazirliyinin” sözləri "Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri, ikinci hissəsinin birinci cümləsində "Milli Təhlükəsizlik Nazirliyi” sözləri "Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz ediləcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az