DTX-nin tutduğu orqan alverçisi Zaurun verilişinə çıxıbmış - AÇIQLAMA

DTX-nin tutduğu orqan alverçisi Zaurun verilişinə çıxıbmış - AÇIQLAMA
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan transmilli şəbəkənin üzvü olduğu üçün tutulan 1957-ci il təvəllüdlü Xudadatov Vahid Fəxrəddin oğlu barəsində bəzi məqamlar üzə çıxıb.

V.Xudadatovun qardaşı Elşad Xudadatov bildirib ki, qardaşı qızı ağır böyrək xəstəliyindən əziyyət çəkib: "Qardaşım qızının xəstəliyi üçün ATV kanalına müraciət etmişdi. Uşağın böyrəyi dəyişdirilməli idi və Zaurun verilişinə çıxdılar. Orada insanlara müraciət edildi, donor axtarıldı. Daha sonra İranda böyrək əməliyyatı baş tutdu, uşağın böyrəyi dəyişdirildi”.
E.Xudadatov əlavə edib ki, qardaşı taksi sürücüsü kimi çalışıb və onun başqa əməllərinin olub-olmamasından xəbəri yoxdur. (lent.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az