Dünya Müharibəsi başlandı? - 64 ölkə cəbhədə: FOTO

Dünya Müharibəsi başlandı? - 64 ölkə cəbhədə: FOTO

Mosulun xilası üçün əməliyyatlar davam edir. 12 kənd və Mosulun cənub-şərqində yerləşən qədim Nimrud şəhəri İŞİD-dən azad olunub. Ekspertlər isə Mosul əməliyyatını dünya müharibəsi ilə müqayisə edirlər.

Publika.az xəbər verir ki, İraq xüsusi təyinatlıları, peşmərgə gücləri və ABŞ-ın rəhbərliyi altında 35 ölkənin qatıldığı əməliyyatda 30 min əsgər iştirak edir. Mosuldakı cəmi 4-5 min arası İŞİD üzvünün məhv edilməsi üçün Avropanın ən böyük təyyarə gəmisi olan "Charles de Gaulle” Cənubi Kipr sahillərinə gələrək lövbər atıb.

Bununla yanaşı, Mosulun 40 kilometr şərqindəki Hazır cəbhəsində yerləşən Zerdek Dağında çoxsaylı amerikalı əsgərlər var. ABŞ əsgərləri Mosula doğru hücuma keçib. Mosul ətrafını ağır toplarla atəşə tutublar. Həmçinin, pilotsuz təyyarələr də Mosulun üzərində uçuşurlar.

4-5 min terrorçuya qarşı bu qədər gücün sərf edilməsi diqqət çəkir. Ekspertlər hesab edirlər ki, əslində bu, böyük güclərin gələcəkdə bölgədə başlayacaq mübarizəsinin ilk mərhələsidir.

İŞİD dünən gün ərzində iki terror aktı törədib. Nəticədə, 70-dən çox iraqlı əsgər ölüb, onlarla insan yaralanıb. Terror təşkilatı nefti xəndəklərə dolduraraq yandırıblar. Məqsəd havadan nəzarətin qarşısını almaqdır. Həmçinin, İŞİD-in küçə döyüşlərinə hazırlaşdığı da bildirilir.

Məlumatlara görə, hazırda Suriya və İraqda İŞİD-lə mübarizədə 64 ölkə iştirak edir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az