Düşmən Milli Qəhrəmanımızın kəndində-Yeni məktəb tikdi- FOTO

Düşmən Milli Qəhrəmanımızın kəndində-Yeni məktəb tikdi- FOTO

Ermənilər Əliyar Əliyevin kəndində yeni məktəb tikdi 

Ermənilər işğal altındakı Qubadlı rayonunun Qazyan kəndində yeni məktəb binası inşa ediblər. 

Miq.Az  bu haqda "KarabakhTV”-yə istinadla xəbər verir.  

120 şagird üçün nəzərdə tutulmuş məktəbdə hər cür kommunal şərait yaradılacağı bildirilib. Məktəb 2018-ci ilin sentyabrında tam istifadəyə veriləcək.

Qeyd edək ki, Qazyan kəndi – şəhid Milli Qəhrəman Əliyar Əliyevin doğma kəndidir. 1993-cü ili avqustunda kəndin işğalından sonra ermənilər Azərbaycanın bu yaşayış məntəqəsinə torpaqlarımızın işğalı zamanı gəbərmiş Aykazyan soyadlı bir erməninin adını veriblər.   

Xatırladaq ki, Qubadlıda tabor komandiri olmuş Əliyar Əliyev 1992-ci il oktyabrın 3-də Laçının azad edilməsi uğrunda döyüşlərdə həlak olub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az