Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub

Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.
 
Miq.az APA-nın əldə etdiyi məlumata istinadən bildirir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.
 
İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.
 
DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.
 
Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.
 
DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az