"Seçkilərdə iştirak məsələsi partiya daxilində həll edilir və partiyanın qərarına əsasən namizəd olmayacağam. Onu da qeyd edim ki, Siyasi Şuranın iclasında partiya üzvlərimizin hər birinin öz təşəbbüsü ilə seçkilərdə iştirakına razılıq verilib. Əgər kimsə bu addımı atacaqsa, partiya həmin şəxsi dəstəkləyəcək”.
"Fəal siyasətçi kimi
tanınsanız da, son zamanlar fəaliyyətinizdə sanki gerilik hiss olunur.
Bu, insanlarda haqqınızda qeyri-ciddi siyasətçi imici formalaşdırmazmı”
sualına Hafiz Hacıyev belə cavab verib:
"Hazırkı fəaliyyətim
prezident seçkilərinə hazırlıqdan ibarətdir. Seçkilərdə iştirak
etməməyim partiyanın qərarıdır və biz bu gün dövlətimizin qorunmasını
hər şeydən üstün tuturuq.Mən və partiya hazırda növbəti prezident
seçkilərinə hazırlaşırıq, parlament seçkilərini o qədər də önəmli hesab
etmirik. Bundan sonrakı fəaliyyətim hələ ki bu istiqamətdə davam edəcək.
Öz fəaliyyətimizi dövlətçiliyin qorunması, o cümlədən də dövlət
başçısının müdafiəsinə yönəltmişik. Dövlətçiliyimizi müdafiə edən bir
partiya olaraq daim cənab prezidentin yanındayıq”.