Qəbiristanlıqların ərazisi xüsusi mülkiyyətə verilməyəcək

Qəbiristanlıqların ərazisi xüsusi mülkiyyətə verilməyəcək
Azərbaycanda qəbiristanlıqların yerləşdiyi torpaqlar xüsusi mülkiyyətə verilə bilməyəcək.
 
Bu barədə məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
 
Dəyişikliyə əsasən, qəbiristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməyəcək.
 
Qeyd edək ki, qanuna əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parklarının, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, qəbiristanlıqların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə, hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Bundan sonra qəbiristanlıqların yerləşdiyi torpaqlar xüsusi mülkiyyətə verilə bilməyəcək.
 
Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az