Redaksiyamıza Qazax rayonu Birinci Şıxlı kəndinin sakini Qasım Mustafayev müraciət edib. O, müraciətində bildirir ki, artıq bir neçə ildir Birinci Şıxlı kəndi içməli suya həsrətdir. Dəfələrlə rayon icra hakiminə müraciət etsələr də, kənd içməli su ilə təmin olunmur. Kəndin 9 illik natamam orta məktəbinin yaxınlığında həm məktəbliləri, həm də kənd sakinlərini içməli su ilə təmin etmək üçün “Çinar”firması Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında su-artizan quyusu qazıb. Lakin bu günə kimi quyu istifadəyə verilməyib. Qasım Mustafayevin sözlərinə görə, onlar bir müddət öncə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə müraciət ediblər və hələ də onların müraciətinə cavab verilməyib.
Qasım Mustafayev və kənd sakinləri redaksiyamız vasitəsilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən onların şikayətlərinə baxılmasını və kəndin içməli suya olan tələbatının ödənilməsini tələb edirlər.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?