Əhmədəli Məmmədov seçicilərlə görüşlərini davam etdirir-13 saylı Xəzər-Pirallahı Seçki Dairəsində
13 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizəd Əhmədəli Məmmədağa oğlu Məmmədov Qala, Mərdəkan, Buzovna, Şağan, Pirallahı, Gürgan sakinləri ilə görüşlərini davam etdirir, sakinlərin evlərinə baş çəkir və onların qayğıları ilə maraqlanır.
Buzovnada və Qala stansiyası deyilən ərazidə kanalizasiyanın, Buzovnadan keçən magistral yolda piyada keçidlərinin olmaması, içməli su problemi, fərdi yaşayış evlərinin sənədləşdirilməməsi, Pirallahıda marşurut avtobus problemi, lombardların fəaliyyətindən narazılıq, Mərdəkanda gənclərin işsizlik məsələsi, əvvəllər çoxsaylı əmək kollektivlərinin işlədiyi bir neçə iri müəssisənin hazırda fəaliyyət göstərməməsi, Şağan məscidinin elektrik enerjisindən istifadəyə görə yığılıb qalan böyük məbləğdə borcu, Qala stansiyasında müasir uşaq baxçasının olmaması, Albalılıqda uşaq idman zalında döşəklərin köhnə, standarta uyğun olmaması, çoxuşaqlı ailələlərin maddi dəstəyə ehtiyacı, aliment işlərində məhkəmə qərarlarının icra problemi kimi məsələlər sakinlərlə görüşlərdə səsləndirilir. Deputatlığa namizəd Əhmədəli Məmmədov bu kimi məsələlərin həllində içtimai nəzarətin vacibliyini qeyd edərək, deputat seçildiyi halda sakinlərin qaldırdığı hər bir məsələyə çevik reaksiya verəcəyini, onların həlli üçün əlindən gələni edəcəyini vəd etmişdir.
Miq.Az