“Ehtiyac olsa, İraqa da girəcəyik...”

“Ehtiyac olsa, İraqa da girəcəyik...”

"İraq hökuməti hələlik müvafiq xahişlə müraciət etməsə də Rusiya bu ölkəyə İŞİD terror qruplaşması ilə mübarizədə hərbi kömək göstərilməsi məsələsinə baxmağa hazırdır".

Rusiya KİV-lərinin verdiyi məlumata görə, bu barədə Moskvadakı təhlükəsizlik konfransında Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.

"Onu deyə bilərəm ki, bu günə qədər Bəşər Əsəddən aldığımız müraciət kimi İraqdan analoji xahiş almamışıq. Əgər belə bir müraciət daxil olsa, təbii ki, ona da müvafiq qaydada baxılacaq” - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, Kremldə Əsədin yazılı müraciəti var və Rusiyanın Suriyadakı hərəkətləri beynəlxalq hüquqa uyğun olmaqla legitim əsasa malikdir (musavat.com).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az