Əkin yerlərini yandıranlar cərimələnəcək - 6 min manat

Əkin yerlərini yandıranlar cərimələnəcək - 6 min manat
"Torpaqların münbitliyi haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 6000 manatadək cərimələnəcəklər.
Dəyişikliyin əsas məqsədi əkin yerlərinin, xüsusilə də taxıl biçinindən sonra kövşənliklərin yandırılması hallarının və nəticədə baş verə biləcək daha ciddi fəsadların qarşısının alınması üçün müvafiq məsuliyyət növünün müəyyən edilməsidir. (trend)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az