Əkrəm Həsənov: “Camaatda pul yoxdur ki, manatı dollara çevirsin, vəsaiti olan da qorxur…”

Əkrəm Həsənov: “Camaatda pul yoxdur ki, manatı dollara çevirsin, vəsaiti olan da qorxur…”
"Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımovun iqtisadçılarla görüşünə dəvət olunsam da, gedə bilməmişəm. Sədr Taleh Kazımov bildirib ki, yanvar ayında əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı səviyyəsinə enib və 18 milyon dollar təşkil edib. Statistika doğrudan da belədir. Camaatda axı pul da yoxdur ki, manatı dollara çevirsin”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

 

Onun sözlərinə görə, əhalinin yanaşması baxımından dollar ehtiyatı yığım vasitəsidir: "Azərbaycanda insanlar pulunu dollarla yığırlar. Yığım üçün gərək imkan olsun. İnsanlarda isə bu imkan get-gedə azalır. Hətta orta təbəqədə belə gəlirlər azalır, xərclər artır. Buna görə də dollar almaq marağında deyillər. Digər səbəb isə dollar alışına məhdudiyyət qoyulmasıdır. Artıq bir neçə ildir, qeyri-rəsmi şəkildə 20 min dollardan çox almağa imkan vermirlər, pulun hardan gəldiyini araşdırmağa başlayırlar, qanunsuz məhdudiyyətlər qoyurlar. Dollar almaq istəyən də qorxur”, - o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az