Ekspert: Naxçıvandakı təlimləri ermənilər də izləyir və qorxurlar

Ekspert: Naxçıvandakı təlimləri ermənilər də izləyir və qorxurlar

"Naxçıvanda keçən taktiki təlimləri təcavüzkar və işğalçı qonşulardan ermənilər də izləyir və bu həqiqətən də onlara ciddi bir mesajdır”.

Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev Oxu.Az-a açıqlamasında belə deyib.

O, bu gün blokada şəraitində yerləşən Naxçıvanda belə təlimlərin keçirilməsinin çox mühüm amil olduğunu bildirib: 

"NATO –nun üzvü olan Türkiyə kimi bir dövlətin hərbiçilərilə birgə olmaq, eyni zamanda döyüşdə öyrənmək də mühüm əhəmiyyət kəsb edən məsələdir. Məlumdur ki, birgə hərbi təlimləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilir və buraya 5000 nəfərədək şəxsi heyət, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnika cəlb olunub. Azərbaycan heç bir hərbi blokda təmsil olmasa da daima ordu quruculuğunda ikitərəfli əlaqləri inkişaf etdirir və buna çox böyük əhəmiyyət verir. Ermənilərin əsas qorxduğu məsələ məhz Naxşıvanın, eyni zamanda, iqtisadi cəhətdən də daha da güclənməsi və ordu kontingentinin döyüş bacarığının mükəmməl səviyyəyə çatdırılmasıdır”.

Ekspert havadar dövlətlər hesabına döyüş taktikası seçən ermənilərin müstəqil Azərbaycan dövlətinin yaratdığı döyüşkən ordusundan qorxduğunu deyir: "Erməni ekspertlər dəfələrlə Azərbaycan ordusunun Naxçıvan tətəfdən ikinci bir cəbhə aça biləcək imkanını vurğulamaqla özlərini sığortalamağa çalışırlar. Məhz elə bu da onları qorxudan əsas narahatlıqdır...”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az