1998-ci ildə Afrikadakı ABŞ səfirliklərinə hücumlarda şübhəli bilinən Əl-Qaidə liderlərindən biri Abu Anas al-Libi məhkəməsinə bir neçə gün qalmış vəfat edib.
Vətəninfo.az-ın məlumatına görə, 50 yaşlı terrorçunun vəkili onun cümə günü müalicə olunduğu xəstəxanada qara ciyər xərçəngindən dünyasını dəyişdiyini deyib.
Libinin həyat yoldaşı Um Abdullah isə ABŞ hökumətini günahsız adamı oğurlamaqda, onunla pis rəftar etməkdə və onu öldürməkdə ittiham edib.
Libi 2013-cü ildə ABŞ-ın Tripoli şəhərində etdiyi reyd nəticəsində tutulmuşdu. Yanvarın 12-də o, 1998-ci ildə baş verən hücumlara görə məhkəmədə iştirak etməli idi.
ABŞ-ın iddiasına görə, onun təşkil etdiyi hücumlar nəticəsində Keniya və Tanzaniyada 220-dən çox adam öldürülüb. Əsl adı Nazih Abdul-Hamed al-Ruqai olan Liby terrorçuluq ittihamlarını rədd edirdi.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib