Amerikanın Liviya ərazisinə endirdiyi hava zərbəsi nəticəsində “əl-Qaidə”nin tanınmış yaraqlısı Muxtar Belmuxtar öldürülüb.
Bunu Liviya hökuməti açıqlamasında bildirib.
Məlumata görə, əməliyyat ölkənin şərqində yerləşən Ajdabiya şəhərində baş tutub. Rəsmi Pentaqon zərbənin hədəfinin M.Belmuxtar olduğunu təsdiqləsə də onun öldürüldüyü haqda heç bir məlumat verməyib.
“Əməliyyatın nəticələri qiymətləndirilir və buna müvafiq olaraq daha ətraflı məlumat veriləcək” - deyə Pentaqon sözçüsü Stiv Uorren deyib.
“Associated Press”in anonim mənbəsi hava hücumunda iki F-15 qırıcı təyyarəsinin iştirak etdiyini və bir neçə 225 kiloqramlıq bombanın atıldığını deyib.
Əlcəzairli Muxtar Belmuxtar 2013-cü ildə Əlcəzairdə yerləşən qaz yatağına 38 əsirin ölümü ilə nəticələnən hücumun təşkilatçısı idi. Əsasən Qərb ölkələrindən olan öldürülmüş 38 nəfərin 3-ü amerikalı olub.
M.Belmuxtarın öldürülməsi ilə bağı xəbərlər daha öncə də yayılsa da öz təsdiqini tapmamışdı. Muxtar Belmuxtar “əl-Qaidə”-Məğrib qruplaşmasının lideri idi. Bir gözünü çox vaxt sarğı ilə bağladığına görə “Təkgöz”, cihadı siqaret qaçaqmalçılığından qazandığı pullarla maliyyələşdirdiyinə görə isə “Mister Marlboro” ləqəbləri ilə tanınırdı.
O, Əfqanıstanda sovet qüvvələrinə qarşı döyüşüb. “Əl-Qaidə"nin Məğribdəki şöbəsinin əsas adamlarından biri olub. Rəhbərliyin digər üzvləri ilə mübahisədən sonra buradan gedib. Bundan sonra Malinin dövlət və beynəlxalq qüvvələrinə hücum edən “əl-Murabitun” silahlı qruplaşmasına rəhbərlik edib.
Virtualaz.org
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ