Əlcəzair OPEC-ə müraciət etdi: Hasilatı azalt

Əlcəzair OPEC-ə müraciət etdi: Hasilatı azalt

Əlcəzairin energetika naziri Yusif Yusifi Neft İxracatçıları Təşkilatını (OPRC) “qara qızıl”ın qiymətinin stabilləşməsi üçün hasilatı azaltmağa çağırıb.

Vətəninfo.az xəbər verir ki, bu ölkənin energetika naziri üzv ölkələrin gəlirini qorumaq və qiymətlərin qalxmasını təmin etmək üçün OPEC tərəfindən balansı korrektə etməyin və hasilatı azaltmağın vacibliyini qeyd edib. O, həmçinin dünya bazarında “qara qızıl”ın qiymətinin ucuzlaşması səbəbi ilə Əlcəzairin neft gəlirlərinin xeyli azaldığını da bildirib.

Bloomberg agentliyi Əlcəzairin neft satışından əldə etdiyi gəlirin 2013-cü ildə 62 milyard dollardan 2014-cü ildə 60 milyard dollara düşdüyü barədə məlumat dərc edib.

Ölkəsinin faydalı qazıntı yataqlarının geoloji kəşfiyyatını və kəşf olunmuş neft və qaz yataqlarındakı işlərin həcmini artırmağı planlaşdırdığını deyən nazir 2013-2014-cü illərdə dövlətə məxsus Sonatrach kompaniyası tərəfindən enerji daşıyıcılarının ümumi həcmi neft ekvivalentində 7 milyard barrelə çatan yeni yataqlar kəşf olunduğunu qeyd edib.










İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az