Eldar Mahmudovun atasının barelyefi də söküldü - Fotolar

Eldar Mahmudovun atasının barelyefi də söküldü - Fotolar
Ötən bayram günlərində Bakının Yasamal rayonu ərazisindəki Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən və vaxtilə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası, akademik Əhməd Mahmudovun yaşadığı binanın üzərindən onun xatirəsinə qoyulmuş barelyef sökülüb.

Miq.az vətəninfo.az-a istinadən xəbər verir ki, barelyefi söküb və yerini də elə yamayıblar ki, sanki burada heç nə olmayıb.

Xatırladaq ki, bundan əvvəl akademik Əhməd Mahmudovun büstü Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Fətullah Gülən təriqəti tərəfindən qeyri-qanuni inşa edilən məktəb-liseyin qarşısından da götürülüb.



Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az