Əleyhimə danışan deputatların çoxu gəlib üzr istədi - Vahid Əhmədov - VİDEO

Əleyhimə danışan deputatların çoxu gəlib üzr istədi - Vahid Əhmədov - VİDEO
 
Milli məclisin deputatı Vahid Əhmədov Bakupost.az –a keçən il bu vaxtlar verdiyi müsahibəyə görə həmkarları tərəfindən "linç edilməsi"ndən danışıb.
"Talehim elə olub ki, belə şeylər çox görmüşəm. Bu da onlardan biri idi. Əlbəttə, olmamalı idi. Çünki kifayət qədər dövlətimə, millətimə bağlı adamam. Həmin müsahibədə ciddi, mənfi bir şey yox idi. Müəyyən mənada o müsahibə kimlərinsə xoşuna gəlmədi və s. Millət vəkilləri öz mövqelərini bildirdilər. Mən hər bir mövqeyə hörmətlə yanaşan insanam. Münasibətlərimiz normaldır, elə də ciddi problemimiz yoxdur. Görüşürük, salamlaşırıq. Salam verəndə salam alıram, verməyəndə almıram. Oldu keçdi, artıq yaddan çıxartmışam. Gəlib, məndən üzr istəyənlər də oldu. Zaman hər şeyi öz yerinə qoyur”, - deyə o, əlavə edib.
 
[video=http:// ]



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az