Əliyev anons verdi: Laçın dəhlizi bağlanır?

Əliyev anons verdi: Laçın dəhlizi bağlanır?
Əliyev Astanada Paşinyan və Putinin də iştirak etdiyi MDB iclasında 10 noyabr razılaşmasının 4-cü və 9-cu bəndi icra edilməyəcəyi təqdirdə, adekvat tədbirlər görüləcəyinin anonsunu verdi.

1. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən tamamilə çıxarılması razılaşmaya uyğun həyata keçirilməsə, anti-terror əməliyyatı keçiriləcək;

2. Naxçıvana maneəsiz giriş təmin edilməsə, Laçın dəhlizi bağlanacaq: Əliyevin "Azərbaycan üçtərəfli razılaşmanın bütün müddəalarını yerinə yetirir, o cümlədən, Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir” sözləri də Zəngəzur dəhlizinə imkan verilməyəcəyi təqdirdə adekvat addımın məhz Laçın dəhlizində atılacağını deməyə əsas verir;

Bu, həm də üçtərəfli razılaşmaya imza atan Putinə də ünvanlanıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az