Erkin Qədirli: “Demoqrafik artıma təsir edən əsas amillər uşaq pulu deyil”

Erkin Qədirli: “Demoqrafik artıma təsir edən əsas amillər uşaq pulu deyil”
Milli Məclisin deputatı Erkin Qədirli hesab edir ki, ölkədə gənclərin gec ailə qurmasının əsas səbəbləri daha çox iqtisadi və sosial amillərlə bağlıdır.

Gununsesi.info xəbər verir ki, deputatın sözlərinə görə, hazırda həm valideynlərin, həm də gənclərin maddi imkanları məhduddur.

O qeyd edib ki, əvvəllər 20 yaşlarında olan gənclər valideynlərinin dəstəyi ilə ailə qura bilirdilər, lakin indi bu imkanlar xeyli azalıb.

Erkin Qədirli bildirib ki, kredit faizlərinin yüksək olması, əlverişli maliyyə imkanlarının məhdudluğu, eləcə də gənclərin karyera qurmasına mane olan obyektiv və subyektiv səbəblər ailə qurma yaşının gecikməsinə təsir göstərir.

Deputat vurğulayıb ki, insanların daha gec evlənməsi doğum göstəricilərinə də təsir edir:

"Gec evlənəndə bioloji funksiyalar zəifləyir, bir uşaqlı ailələrin sayı artır. Bu halda əhalinin təbii artımını təmin etmək mümkün olmur. Təbii artım üçün ailələrdə iki və ya daha çox uşağın olması lazımdır”.

Onun fikrincə, mövcud demoqrafik problemlərin həlli yalnız uşaq pulu məsələsi ilə əlaqələndirilə bilməz.

Erkin Qədirli qeyd edib ki, kredit və ipoteka siyasəti, biznes mühiti və digər iqtisadi amillər daha ciddi rol oynayır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az