Əliyev, Ərdoğan və Berdiməhəmmədov görüşəcəklər

Əliyev, Ərdoğan və Berdiməhəmmədov görüşəcəklər
"İlin sonuna qədər Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri – İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Qurbanqulu Berdiməhəmmədovun görüşü gözlənilir".

"Hurriyet” qəzeti xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu deyib.

Səfir qeyd edib ki, görüşdə əsas müzakirə mövzuları energetika sahəsində əməkdaşlıq, həmçinin Türkmənistan qazının sonradan Trans-Anadolu boru kəməri (TAP) vasitəsilə Avropaya nəqli məqsədilə Xəzər dənizindən Azərbaycana boru kəmərinin çəkilməsi məsələsi olacaq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az