"Əliyev və Sarkisyan müharibəni rədd etdi" – Uorlik


"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır".

AzVision.az xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter” səhifəsində yazıb.

O, NATO-nun Varşavada keçirilən sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin ötən gün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdüyünü xatırladıb: 

"Görüşdə bütün tərəflər müharibəni rədd etdilər və danışıqlar prosesinə sadiq olduqlarını bildirdilər”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az